İmmunitet — orqanizmin virus və bakteriyalara qarşı təbii müdafiə sistemidir. Payız və qış aylarında, soyuqdəymə və qripin yayıldığı dövrdə düzgün qidalanma orqanizmi qorumağın ən effektiv yollarından biridir.
1. C vitamini ilə zəngin qidalar
Portağal, limon, kivi, itburnu, brokoli və turş kələm – immun sistemini gücləndirən əsas məhsullardır.
C vitamini bədəndə ağ qan hüceyrələrinin fəaliyyətini artırır və infeksiyalarla mübarizədə mühüm rol oynayır.

Sarımsaq — təbii antibiotik
Sarımsaqda olan allicin maddəsi viruslara və bakteriyalara qarşı təsirlidir.
Hər gün təzə sarımsaq qəbul etmək immuniteti möhkəmləndirir və soyuqdəymə riskini azaldır.

3. Bal — təbii enerji və antioksidant mənbəyi
Bal boğaz ağrısını yüngülləşdirir, öskürəyi azaldır və orqanizmi gücləndirir.
Səhərlər isti suya bir çay qaşığı bal və limon əlavə etmək immun sisteminə müsbət təsir göstərir.

Zəncəfil və limon — mükəmməl birləşmə
4 Zəncəfildə olan gingerol maddəsi viruslara qarşı qoruyucu təsir göstərir, bədəndəki iltihabı azaldır və enerjini artırır.

5. Süd məhsulları və probiotiklər
Kefir və yoqurt kimi məhsullar bağırsaq mikroflorasını bərpa edir.
Bağırsaq sağlamlığı — güclü immunitetin əsas şərtidir.

6. Qoz-fındıq və toxumlar
Badem, qoz, balqabaq tumu və günəbaxan toxumu E vitamini və sinklə zəngindir — bu da hüceyrə qorunmasını artırır.

7. Balıq və dəniz məhsulları
Somon, skumbriya və sardina kimi balıqlar omega-3 yağ turşuları ilə zəngindir. Onlar bədəndəki iltihabı azaldır və immun sistemini gücləndirir.

Məhdudiyyətlər
Aşağıdakı məhsulları azaldın:
- Şəkər və qazlı içkilər
- Alkoqol
- Qızardılmış və yağlı yeməklər
- Emal olunmuş qidalar
Nəticə
Sağlam və balanslı qidalanma immuniteti qorumağın əsas yoludur. Vitamin və antioksidantlarla zəngin məhsulları gündəlik rasionunuza daxil edin və soyuqdəymə sizi daha az təsir etsin.